Xəzər Xəbər

Səyyad Əlizadədən YENİ XƏBƏR - Hazırda vəziyyəti...

Şou Biznes | 12:48 • 27 Sentyabr 2021
Səyyad Əlizadədən YENİ XƏBƏR - Hazırda vəziyyəti...

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin səhhətində irəliləyiş var.

Bu barədə ifaçın kürəkəni məlumat verib: "Əvvəlki günlərə nisbətən səhhəti yaxşılığa doğru gedir. Sürətlə də olmasa, bu cüzi hiss olunur. Hələ də süni nəfəs aparatına qoşulub, ümidimiz var ki, yaxşı olacaq".

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub./Lent.az

Xəbər lenti

Çox oxunanlar