Xəzər Xəbər

İbrahim Tatlısəsin həbsinə QƏRAR VERİLDİ

Şou Biznes | 13:48 • 23 Sentyabr 2021
İbrahim Tatlısəsin həbsinə QƏRAR VERİLDİ

12 illik fasilədən sonra konsert verməyə hazırlaşan müğənni İbrahim Tatlısəsə 2 ay 15 gün həbs cəzası verilib.

Türkiyə mətbuatı xəbər verir ki, “Tatlısəs” kanalında direktor vəzifəsində çalışan Fulya Akbay Toprak müğənninin onu təhqir etdiyini, alçadıcı mesajlar yazdığını deyib və məhkəməyə verib.

Məhkəmənin yekun qərarına əsasən, 2 ay 15 günlük həbs cəzasına məhkum olunan Tatlısəs 740 lirə pul cəriməsi də ödəyəcək.

Müğənni isə məhkəmədə bildirib ki, Fulya Akbayı təhqir etməyib və mesajları özü yazmayıb: “Kanalın işlərini Fulya Akbay Toprakla digər işçilərə əmanət etmişdim. Ancaq şirkətdə qanun pozuntuları sezdim və onu işdən çıxardım”.

Qeyd edək ki, müğənni bu gün baş tutacaq konsertinin səhnə dizaynına 1,5 milyon lirə (təxminən 294 min manat) xərc çəkib. Konsertə biletlər isə 2 saat müddətində satılıb./Publika.az 

Xəbər lenti

Çox oxunanlar