Türkiyəli aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç haqqında maraqlı iddia irəli sürülüb.
"Torresette” adlı İtaliya saytında cütlüyün əslində saxta münasibətlərinin olduğu qeyd edilib. Belə ki, iddiaya görə, Oğuzhan Koç karyerasındakı durğunluğu aradan qaldırmaq üçün Özdemirlə anlaşıb. O, aktrisadan kömək istəyib və birlikdə saxta münasibətə başlayıblar. Digər tərəfdən Koçun sosial media hesabını gücləndirmək üçün pulla izləyici aldığı da deyilib.
Özdemirin razılıqdan əsas faydasının isə Acun Ilıcalı ilə bağlı olduğu bildirilib. Oğuzhan Koçun Ilıcalı ilə dostluğu xatırladırlaraq bildirilib ki, aktrisa sonuncu dəfə TV8-də yayımlanan "Doğduğun Ev kaderindir” adlı serialda rol alıb.
Qeyd edək ki, yazının müəllifi, jurnalist Alessandro Rosika Oğuzhan Koç tərəfindən "İnstagram”da əngəllənən şəxslərdəndir./Sfera.az