Ötən gün Mərkəzi Gömrük Hospitalına köçürülən Səyyad Əlizadənin vəziyyəti stabil ağır olaraq qalır.
XəzərXəbər xəbər verir ki, bu barədə onun qohumu qohumu Razim Qasımov məlumat verib.
O bildirib ki, həkimlər sənətçinin vəziyyətinin ağır stabil olduğunu deyirlər:
“Hələ ki, irəliləyiş yoxdur. Həkimlər onun vəziyyətini ciddi nəzarətdə saxlayır. S. Əlizadənin həyat yoldaşı Kəmalə xanım isə Zığda yerləşən modul tipli xəstəxanadadır. Onun vəziyyəti yaxşıdır”.
Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət öncə koronavirusa yoluxublar. /oxu.az