Xəzər Xəbər

Səyyad Əlizadənin səhhəti ilə bağlı AÇIQLAMA

Şou Biznes | 10:37 • 16 Sentyabr 2021
Səyyad Əlizadənin səhhəti ilə bağlı AÇIQLAMA

Bir neçə güdür koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağırdır.

XəzərXəbər xəbər verir ki, bu haqda BAKU.WS-ə sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. Onun sözlərinə görə, ötən gündən

etibarən sənətçinin səhhətindən heç bir irəliləyiş müşahidə edilməyib:

"Dünən axşam saatlarına qədər vəziyyətində heç bir dəyişiklik yox idi. Lakin axşam həkimlər bildirdi ki, səhhəti daha da pisləşib. Lakin bu gün səhər, yarım saat əvvəl həkimlərlə danışdım. Vəziyyətinin stabil olaraq qaldığını bildirdilər. Həyat yoldaşı da oradadır. Onun da müalicəsi davam edir”.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli xəstəxanasından müğənninin 80% oksigen dəstəyi aldığı haqqında məlumat verilib.

Xəbər lenti

Çox oxunanlar