Xəzər Xəbər

Hadisə “O Ses Türkiyə”dən ayrılır - Yerinə kim gələcək?

Şou Biznes | 15:38 • 15 Sentyabr 2021
Hadisə “O Ses Türkiyə”dən ayrılır - Yerinə kim gələcək?

TV8-in rəhbəri Acun Ilıcalı "O Ses Türkiye”nin yeni sezonunda Hadisənin münsif olmayacağını deyib.
 
İş adamının sözlərinə görə, münsif heyəti üçün hələ ki müğənni Ebru Gündeş və şoumen Beyazit Öztürklə anlaşıb.
 
"Oğuzhan Koçla da danışıqlar davam edir. Bilirsiniz ki, verilişi iki hissəyə böldük. Hazırda "O Ses Türkiye Rap” də var. Hadisə onsuz da orada münsifdir. Onun yerinə başqa birini gətirməyi düşünürük. Düzdür, Hadisənin yerini doldurmaq asan deyil. Amma məsələni yekunlaşdırmaq üzrəyik”, - deyə Ilıcalı əlavə edib./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar