TV8-in rəhbəri, türkiyəli iş adamı Acun Ilıcalı evliliklə bağlı açıqlama verib.
Ilıcalı qonaq olduğu "Az önce konuştum” adlı verilişdə ona ünvanlanan "Yenidən evlənməyi düşünürsünüzmü?” sualını cavablayıb. O, uzun müddətdir Çağla Altunkaya ilə birlikdə olduğunu vurğulayıb.
"Bu işlər qismət məsələsidi. Yenidən evlənərəm ya yox, bunu deyə bilmərəm. Amma çox yaxşı münasibətim var”, - deyə iş adamı qeyd edib.
Ilıcalı sevgilisinin ağıllı və düşüncəli olduğunu da bildirib:
"Hər kəslə ünsiyyət qura bilən biri deyiləm. Amma onun şirin dili və müxtəlif söhbətlərə açıq olması, özünü inkişaf etdirməsi məni xoşbəxt edir”./Sfera.az