Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.
Bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib.
Onun sözlərinə görə, S.Əlizadənin vəziyyətində heç bir müsbət dəyişiklik yoxdur.
Qeyd edək ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.