Türkiyəli aktrisa Bensu Soralın boşanmağa hazırlaşdığı iddia olunur.
Aktrisanın həyat yoldaşı, iş adamı Hakan Başla arasında uşaq məsələsinə görə problem yaşandığı qeyd edilib. Belə ki, Hakan ata olmaq istəsə də, Soralın analığa hazır olmadığı irəli sürülüb. Məlumata görə hətta, cütlük hazırda ayrı evlərdə yaşayır və boşanmaq üçün məhkəməyə müraciət ediblər.
Soralın təkbaşına istirahətə getməsi isə iddiaları gücləndirib. Lakin aktrisadan cavab gecikməyib. Bensu sosial şəbəkə hesabında son zamanlar haqqında yayılan informasiyaların yalan olduğunu qeyd edib.
"Bu aralar evliliyimizlə əlaqəli həssas dönəmdəyik. Zamana və sizin dəstəyinizə ehtiyacımız var”, - deyə o, əlavə edib./Sfera.az