"Miss Turkey” yarışmasının builki qalibi məlum olub.
23 yaşlı Dilarə Korkmaz Türkiyənin ən gözəl qızı seçilib. İkinci yerə Cemrenaz Turhan, üçüncü yerə isə Şira Sahilli seçilib.
Qeyd edək ki, Dilarənin bacısı Dilay Korkmaz da modeldir. O, 2010-cu il keçirilən gözəllik yarışmasında 4-cü yerə çıxıb. Dilarə Ankara Universitetinin tələbəsidir.