“Kurtlar Vadisi Pusu” serialındakı Polat Alemdar obrazı ilə məşhurlaşan aktyor Necati Şaşmaz mehdi olması ilə bağlı yayılan səs yazısının montaj olduğunu deyib.
Aktyorun vəkili bu barədə açıqlama yayıb.
Qeyd edək ki, bir zamanlar aktyorun özünü imam elan etməsi xəbərləri ilə gündəmə gələn Şaşmaz bu dəfə “seçilmiş insan” olduğunu bildirib. Bu haqda aktyorun əmisioğlu Urfanla səs yazısı yayılıb. Səs yazısında Necati “Təəssüf ki, mən seçildim” deyib. Əmisioğlu aktyora bunun psixoloji problem olduğunu deyib, ona tezliklə psixoloqa müraciət etməsini tövsiyə edib./publika.az