Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə koronavirusa yoluxub.
XəzərXəbər xəbər verir ki, bu barədə "report"a 60 yaşlı bəstəkar özü məlumat verib.
O bildirib ki, səhhəti yaxşıdır: "Özümü yaxşı hiss edirəm, xəstəliyi yüngül keçirirəm. Hər şey normaldır və heç nəyə ehtiyac yoxdur".