22 yaşındakı sosial media fenomeni Emmy Russ, Dubay tətilində çox maraqlı bir hadisə yaşayıb.
Model alış-veriş üçün getdiyi ticarət mərkəzinin mühafizəçiləri tərəfindən qəflətən dayandırılıb.
Mühafizəçilər, geyiminin standartlara uyğun olmadığını söyləyərək Russ-dan ticarət mərkəzini tərk etməsini istəyiblər. Alış -veriş mərkəzindən yazılı xəbərdarlıqla çıxan fenomen, izləyicilərinə bunu status yazaraq elan edib.
“Çox gözəl bir ölkədir, çox dəbdəbəlidir, hər şey qızıldan hazırlanmışdır. Sanki mənim üçün hazırlanmışdır. Amma məni polisə zəng edəcəkləri ilə hədələdilər. Mən qovuldum və yazılı xəbərdarlıq aldım" deyə bildirib. Sosial media fenomeni aldığı yazılı xəbərdarlığın fotosunu izləyiciləri ilə də paylaşıb. Verilən kartda "Xahiş edirəm ədəbsiz paltar geyinməyin" yazılıb./Metbuat.az