Türkiyəli müğənni Mahsun Kırmızıgül və azyaşlı qızı Lavin koronavirusa yoluxub.
Türkiyə mediası xəbər verir ki, 14 gün karantinə alınan müğənni "Instagram" hesabına gələn mesajın onda daha çox təəccüb oyatdığını bildirib.
Mahsun Kırmızıgül izləyicilərindən birinin ona "Eşitdim koronavirusa yoluxub ölmüsən, doğrudur?" - deyə, sual ünvanladığını bildirib. Müğənni isə bu suala cavab olaraq: "Hə, ölmüşəm, o biri dünyadan yazıram", şəklində cavab verib.
Müğənni özünün və qızının səhhətinin normal olduğunu bildirib./Sfera.az