ABŞ-ın məşhur ağır çəkili müğənnisi Lizzo sosial şəbəkələrdə haqqında yayılan şayiələrə sərt reaksiya verib.
33 yaşlı müğənni sosial şəbəkələrdə pərəstişkarlarından birinin ölümünə səbəb olması ilə bağlı iddiaları belə cavablayıb:
"Mənə guya səhnədən dinləyicilərin üstünə özümü ataraq bir nəfərin ölümünə səbəb olmağım barədə yayılan xəbərlər çox pis təsir etdi.
Bu yalandır! Mən heç vaxt özümü səhnədən tamaşaçıların üstünə atmamışam".
Lizzo sosial media istifadəçilərindən bu tip yalanlara son vermələrini tələb edib./Bizim.Media