Prezident İlham Əliyev Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif olunması və ona fərdi təqaüd verilməsi haqda sərəncam imzalayıb.
Flora Kərimova təəssüratlarını bölüşüb: "Nəvəm Floranın ruhuna and içirəm ki, mənim sərəncamlardan xəbərim yox idi... Borcum xalqıma, millətimə, vətimə çox sağ ol deməkdir. Nə etmişəmsə, vətənim, millətim üçün etmişəm. Ailəm, övladım, həsrətində qaldığım Floram üçün borcumu yerinə yetirmişəm.
Millətimə qələbəni bəxş edən şəxsiyyətə çox sağ ol deyirəm. 80 yaşım var, o qədər haqsızlıqlardan keçmişəm, başım çəkib. Canımın, adımın bahasına hörmət qazanmışam.
Millətim məni ayağa vermədi, ürəyimi oxudu, əməllərimə qiymət verdi. Başımın tacı millətimdir, xalqımdır. 80 yaşımda o dünyaya təmiz adımdan başqa heç nə apara bilməyəcəm. İnsanı vicdan idarə edir. Vicdan Allahdan insana ya verilir, ya da verilmir. Mənə olan addımları layiq olduğum qismətim kimi qəbul edin..." (Kövrəlir)./ Teleqraf.com