Xəzər Xəbər

Azərbaycanlı məşhurlar Türkiyəyə BELƏ DƏSTƏK OLDU FOTO

Şou Biznes | 16:07 • 30 İyul 2021
Azərbaycanlı məşhurlar Türkiyəyə BELƏ DƏSTƏK OLDU

Xalq artisti Faiq Ağayev, Əməkdar artist Rəşad İlyasov, müğənnilər Xatirə İslam, İlahə İbadova, aparıcı Vüsalə Əlizadə və başqaları türk qardaş və baclarımızı bu ağır günlərdə tək qoymayıb.

XəzərXəbər xəbər verir ki, sənət adamları sosial şəbəkələrdə “Canımız yanır”, “Ciyərlərimiz yanır” həştəqləri açaraq hər kəsi Türkiyə üçün dua və yardım etməyə çağırıb.

Faiq Ağayev bildirib ki, Manavqatdakı dostlarım imdad edir: “Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik... Bütün dünyanı yardım etməyə çağırıram! Türkiyəni tək qoymayaq!”.

Müğənni Xatirə İslam insanları təbiəti qorumağa səsləyib: “Allahım, özün kömək ol. Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər. Çünki dünyanı dağıdan, yandıran inşandı. Təbiəti məhv edib, heyvanları öldürən, ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda butulka zibilliyi yaradan insandır. Nə bilim... Allahım, kömək ol bizə, ya da dəyiş bizi, beynimizi düzəlt”.

Rəşad İlyasov isə yanğından fotolar paylaşaraq “Allah köməy olsun, Türkiyəmizə. Təbiət bizi bağışlasın” qeydini yazıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.

Xəbər lenti