Xəzər Xəbər

Tovuzda yaşayış binasında yanğın baş verib

Region | 13:20 • 4 Aprel 2025
Tovuzda yaşayış binasında yanğın baş verib

Aprelin 4-də Tovuz rayonunda yanğın hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, rayonda yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Bina sakinləri təxliyə edilib.

Yanğın zamanı bir neçə nəfərin tüstüdən zəhərləndiyi və rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti