Xəzər Xəbər

Qəzada ağır yaralanan şəxs dünyasını dəyişib

Region | 09:45 • 4 Aprel 2025
Qəzada ağır yaralanan şəxs dünyasını dəyişib

Biləsuvarda baş verən qəzada yaralanan şəxs xəstəxanada vəfat edib.

Xezerxeber.az xəbər verir ki, hadisə Biləsuvar rayonunda qeydə alınıb.

VAZ markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücülərdən biri, Biləsuvar sakini 1989-cu il təvəllüdlü Rafiq Rəfail oğlu Əhmədov Şirvan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar