Xəzər Xəbər

Gəncədə ağır yol qəzası baş verib

Region | 09:22 • 4 Aprel 2025
Gəncədə ağır yol qəzası baş verib

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. İlkin məlumata görə, VAZ-2106 markalı maşınla BMW markalı avtomobil toqquşub. Qəza nəticəsində “Jiquli”də olan 1973-cü il təvəllüdlü Talib Cabbarov həlak olub, 2006-cı il təvəllüdlü qızı Gülnarə xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti