Xəzər Xəbər

Ağsuda yol qəzası: 7 nəfər xəsarət alıb

Region | 22:25 • 28 Mart 2025
Ağsuda yol qəzası: 7 nəfər xəsarət alıb

Ağsu rayonunda baş vermiş avtomobil qəzası nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, yaralılar təcili tibbi yardım vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xezerxeber.az əbər verir ki, onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verə bilər.

Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə yerində müvafiq ekspertizalar aparılır və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti