Xəzər Xəbər

Mingəçevir su anbarında zəlzələ olub YENİLƏNİB

Region | 17:34 • 26 Mart 2025
Mingəçevir su anbarında zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

Xezerxeber.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Mingəçevir stansiyasından 46 km şimal-qərbdə, Samux rayonunda (Mingəçevir su anbarı) zəlzələ qeydə alınıb.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

17:34

Azərbaycanın Samux rayonunda 3.6 maqnitudalı zəlzələ olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Respublika Seymoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Yeraltı təkan yerli vaxtla saat 17:09-da baş verib.

Qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəbər lenti