Xəzər Xəbər

Ağstafada üç nəfər dəm qazından zəhərlənib

Region | 09:04 • 5 Fevral 2025
Ağstafada üç nəfər dəm qazından zəhərlənib

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində baş verib.

Məlumata görə, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə, hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti