Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, yanvarın 2-də rayonda baş verən zəncirvari qəza nəticəsində 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı və 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində baş verən zəncirvari qəzada yeddi nəfər yaralanıb. Onlardan artıq üçü xəstəxanada dünyasını dəyişib.
Qəza nəticəsində ağır xəsarət alan Sabirabad rayon sakini, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qəza zamanı xəsarət alan 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, Vilayət Qəhrəmanov və Elvin Sarıyevin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.