Xəzər Xəbər

Ağdamda dəmir yolu və avtovağzal kompleksinin istifadəyə veriləcəyi tarix açıqlandı

Region | 16:00 • 12 Dekabr 2024
Ağdamda dəmir yolu və avtovağzal kompleksinin istifadəyə veriləcəyi tarix açıqlandı

Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti işləri davam etdirilir. Xəttin inşası ilə bağlı işlərin isə 60 faizi yerinə yetirilib. Tunellərin biri tam bitib, ikinci tunelin qazıntı işləri aparılır.

Xezerxeber.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlaması zamanı deyib.

QSC sədri Bərdə-Ağdam layihəsində də yolun tamamlandığını əlavə edib.

“Hazırda Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisi həyata keçirilir. Növbəti ilin avqustuna qədər kompleksin tikintisinin tamamlanması gözlənilir”, - deyə R.Rüstəmov qeyd edib.

Xəbər lenti

Çox oxunanlar