Xəzər Xəbər

Qubada 102 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb FOTO

Region | 09:08 • 6 Dekabr 2024
Qubada 102 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər. 

Onlar zərərçəkmişə onu işə düzəldəcəkləri vədini verərək Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər. Lakin vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Çox oxunanlar