Xəzər Xəbər

Masallıda qətl hadisəsi törədilib

Region | 09:11
Masallıda qətl hadisəsi törədilib

Masallıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Masallı Rayon Prokurorluğunun məlumatında deyilir.

Bildirilib ki, bu gün saat 01 radələrində Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğunun qərarı ilə şübhəli şəxs qusmində tutulub.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar