Xəzər Xəbər

Zəfər yolunda elektron tərəzinin quraşdırılmasına başlanılıb FOTO

Region | 12:33 • 4 Noyabr 2024
Zəfər yolunda elektron tərəzinin quraşdırılmasına başlanılıb

Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması məqsədi ilə Zəfər yolunda elektron tərəzinin quraşdırılması işinə başlanılıb.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yükdaşıma departamentinin direktoru Sübhan Əbilov bildirib.

Departament direktoru qeyd edib ki, AYNA 7 ərazi üzrə 13 elektron tərəzinin quraşdırılması işini davam etdirir.

“Ümumillikdə respublika üzrə 31 ərazidə 51 tərəzinin quraşdırılması nəzərdə tutulub. Prosesinin 2026-cı ildə yekunlaşması planlaşdırılır”, - deyə Sübhan Əbilov bildirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar