Şirvan şəhərində bıçaqlanma baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə Yeni Qəsəbə adlı ərazidə qeydə alınıb. 32 yaşlı Ayşən Mirzəyeva, 23 yaşlı Şövqi Əliyev tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Qadın yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.