Xəzər Xəbər

Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçına səfər ediblər

Region | 17:23 • 27 Oktyabr 2024
Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçına səfər ediblər

Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Xezerxeber.az xəbər verir ki, ötən gün heyət Füzuli, Xocavənd, Şuşa, Ağdamda olub. Bu gün dünya səyyahları Kəlbəcər və Laçına səfər ediblər.

Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərə, ümumilikdə, 50-dən artıq ölkədən 400-dən çox dünya miqyaslı beynəlxalq səyahətçi qatılıb.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

Xəbər lenti

Çox oxunanlar