“İşğaldan azad olunan ərazilərdə 1,5 milyon mina olduğu ehtimal edilir.”
Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə rəisi Ramil Əzizov deyib.
O bildirib ki, təmizlənmiş ərazilərdən 161 min mina aşkarlanıb. “Bu, beynəlxalq problemdir. Düşünürəm ki, növbəti illərdə minadan təmizləmə aktual məsələ olaraq qalacaq”, - deyə o əlavə edib.