Xəzər Xəbər

Xankəndidə erməniəsilli qadın ölüb

Region | 12:04 • 23 Oktyabr 2024
Xankəndidə erməniəsilli qadın ölüb

Azərbaycanın Xankəndi şəhər sakini, erməniəsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub: "Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub".

Məlumata görə, Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olmuş, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdi.

Xəbər lenti