Xəzər Xəbər

Göyçayda qətl törədilib

Region | 08:38 • 23 Oktyabr 2024
Göyçayda qətl törədilib

Göyçayda qətl hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Potu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlu kəsici alətlə qətlə yetirilib. Qətlə yetirilən Asif Eminov Göyçayda Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının sürücüsü olub.

Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Mənsimov isə Mingəçevir şəhər sakinidir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti