Gürcüstanda yaşayan azərbaycanlılarının növbəti qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.
Xezerxeber.az-ın xəbərinə görə, 30 nəfərdən ibarət qrup bu gün Xankəndi şəhərini ziyarət edəcək.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçirilir. Birinci qrup Şuşa, Xankəndi və Ağdam şəhərlərində səfərdə olub.
İkinci qrup sabah Şuşa və Ağdam şəhərlərində olacaq.