Xəzər Xəbər

Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

Region | 12:16
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov məlumat verib.

Bu gün infarkt keçirən şəhid atası Biləsuvar Rayon Mərəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.İbrahimov bir neçə il öncə açıq ürək əməliyyatı keçirmişdi.

Allah rəhmət eləsin.

Xəbər lenti

Çox oxunanlar