Xəzər Xəbər

Tovuzda zəhərlənənlərin vəziyyəti açıqlanıb YENİLƏNİB

Region | 12:13 • 16 Oktyabr 2024
Tovuzda zəhərlənənlərin vəziyyəti açıqlanıb

Tovuzda kütləvi zəhərlənənlərin vəziyyəti açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.

10:46

Oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti