Xəzər Xəbər

Qazaxda dönərdən zəhərlənən 18 tələbənin vəziyyəti açıqlanıb YENİLƏNİB-2

Region | 10:23
Qazaxda dönərdən zəhərlənən 18 tələbənin vəziyyəti açıqlanıb

Oktyabrın 10-da saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.

Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

"16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

10:15

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

10:03

Qazaxda 18 tələbə dönərdən zəhərlənib.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər. 

Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar