Beyləqanda məktəblinin döyülməsi ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Beyləqan RPŞ-də müvafiq ekspertiza təyin olunmaqla təhqiqat araşdırması aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək".
Qeyd edək ki, Beyləqan rayonunun I Şahsevən kəndində Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib. Məktəbin IX sinif şagirdi M.H. sinif yoldaşı Y.İ.nin atası tərəfindən döyülüb.