Xəzər Xəbər

Gəncədə yaşayış binasında partlayış olub, xəsarət alan var FOTO

Region | 10:22
Gəncədə yaşayış binasında partlayış olub, xəsarət alan var

Gəncədə evdə qaz partlayıb.

Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Beşmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzildə partlayış olub. Partlayış zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə FHN-in əməkdaşları və təcili tibbi yardım birqadası cəlb olunub. Partlayışın təsirindən mənzilin pəncərələri yerə tökülüb, bu zaman binanın qarşısında olan “VAZ 2107” markalı avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar