Xankəndidə uzun illərdən sonra ilk toy məclisi keçirilir.
Xezerxeber.az xəbər verir ki, bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi Xankəndidəki restoranlardan birində təşkil edilib.
Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.
Bəy, gəlin, onların ailə üzvləri və qohumları Şuşa şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, sonra Cıdır düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana yollanacaqlar.