Xəzər Xəbər

Ağdamda avtomobil qaçırılıb, tutulanlar var

Region | 11:39 • 7 Sentyabr 2024
Ağdamda avtomobil qaçırılıb, tutulanlar var

Sentyabrın 6-da gecə saatlarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-27175” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini R.Hüseynov avtomobillə birgə saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 5-də rayon ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Ə.Məmmədov avtomobillə birgə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 5-də rayon ərazisindən “Moona” markalı motosiklet qaçırmaqda şübhəli bilinən M.Salahov motosikletlə birgə tutulub.

Xəbər lenti

Çox oxunanlar