Xəzər Xəbər

31 il əvvəl itkin düşmüş Kəlbəcər sakini Bərdədə dəfn edilib

Region | 16:17 • 15 Avqust 2024
31 il əvvəl itkin düşmüş Kəlbəcər sakini Bərdədə dəfn edilib

31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş mülki şəhid Zeynalova Təranə Davud qızının nəşinin qalıqları Bərdə rayonunda dəfn olunub.

Xezerxeber.az xəbər verir ki, Bərdə şəhər qəbiristanlığında keçirilən vida mərasimində rayon sakinləri, Bərdə və Kəlbəcər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Təranə Zeynalovanın nəşi torpağa tapşırılıb.

Qeyd edək ki, Zeynalova Təranə Davud qızı 1970-ci ildə Kəlbəcər rayonunun Çobangərəkməz kəndində anadan olub. 1993-cü il martın 1-də Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində “Tunel” adlanan yerdə üç qardaşı ilə birlikdə itkin düşüb. Onun nəşinin qalıqları Laçın rayonunun Malıbəyli kəndi ərazisində aşkar edilib.

Xəbər lenti