Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən sonra həyatını itirib.
Xezerxeber.az xəbər verir ki, rayon sakini 2020-ci il təvəllüdlü Əli Bayramov qızdırması olduğu üçün evdə inə vurulub.
Bundan sonra onun vəziyyəti pisləşib.
Valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.