"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində üç şəhər mərkəzi, 5 qəsəbə, 24 kəndin inşası və oraya əhalinin köçürülməsi nəzərdə tutulub. 2022-2026-cı illəri əhatə edən proqramın birinci mərhələsi çərçivəsində 41 mindən çox keçmiş məcburi köçkün könüllülük prinsiplərinə əməl olunmaqla öz dədə-baba yurdlarına köçəcəklər. Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək".