Xəzər Xəbər

Zəngilanda yanğın baş verib

Region | 12:47 • 4 Avqust 2024
Zəngilanda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonu, Şəfibəyli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə ümumi sahəsi 120 hektar olan kol-kos, quru ot, biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Xəbər lenti