Xəzər Xəbər

Oğuzda üzərinə ağac düşən kənd sakini həyatını itirib

Region | 14:33 • 3 Avqust 2024
Oğuzda üzərinə ağac düşən kənd sakini həyatını itirib

Oğuz rayonunda bədbəxt hadisə baş verib.

Xezerxeber.az xəbər verir ki, rayonun 36 yaşlı Tayıflı kənd sakini Fuad Bayramov üzərinə düşən ağac nəticəsində ciddi xəsarətlər alıb.

Hadisə F.Bayramov meşəlik ərazidə iri gövdəli ağacı kəsərkən baş verib.

Kənd sakinləri dərhal onu Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırsalarda da, həkimlərin səyinə baxmayaraq Fuad Bayramov xəstəxanada keçinib.

Baş vermiş hadisə ilə bağlı Oğuz Rayon Prokurorluğunda təhqiqat aparılır.

Xəbər lenti

Çox oxunanlar