Xəzər Xəbər

Qusarçay üzərində yolu sel dağıdıb FOTO

Region | 17:47 • 27 İyul 2024
Qusarçay üzərində yolu sel dağıdıb

Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolu sel suları yuyub, avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Xezerxeber.az xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə on gün əvvəl əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar körpünün yaxınlığında, çayın içindən alternativ yol çəkilib. Amma son günlər bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel alternativ yolun bir hissəsini yuyub. Hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində yol bağlıdır.

Xəbər lenti