Xəzər Xəbər

Neftçalada məktəb binasında yanğın baş verib

Region | 16:46 • 27 İyul 2024
Neftçalada məktəb binasında yanğın baş verib

Neftçala rayonunda məktəb binasında yanğın olub.

Xezerxeber.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun Cəngan kəndində ümumi sahəsi 2 400 kvadratmetr (hər mərtəbəsi 1 200 kvadratmetr) olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 12 kvadratmetr olan köməkçi otağa yığılan masa, oturacaqlar, 6 ədəd kompüter və dam örtüyünün taxta atmaları 2 kvadratmetr sahədə yanıb.

Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti