Ağdaş şəhər sakinləri çayda çimərkən boğulub.
Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.
Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.