Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində kənd qazsız qalıb.
Xezerxeber.az-ın xəbərinə görə, Biləsuvar rayonunun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.
Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.
Qəzanı aradan qaldırmaq üçün işlər görülür.